Zərdabda yararsız torpaqların bərpası ilə bağlı maraqlı layihə

0
32

Aqro İnformasiya Mərkəzi (AİM) kənd yerlərində “İqlim dəyişmələrinə uyğunlaşma” layihəsi həyata keçirir. Layihənin məqsədi yararsız torpaqların konservasiyalı kənd təsərrüfatı (KKT) texnologiyalarının tətbiqi ilə bərpasıdır. www.zerdab.com saytına verilən məlumata görə, konservasiyalı kənd təsərrüfatı texnologiyalarının tətbiqi ilə ətraf mühitin mühafizəsinə yönəlmiş əkinçilik sistemi torpağın şum edilməsinin azaldılmasına və ya şumlamanın sıfıra endirilməsinə xidmət edir. Həyata keçirilən fəaliyyətlər nəticəsində Zərdab, Ağcabədi və Beyləqan rayonlarında 2010-cu ildən 18 kəndə 95 fermerlə 90 hektar sahədə bu texnologiyalar tətbiq edilir.

www.zerdab.com