Zərdabda – Qarasu çayında suyun səviyyəsi 69 sm artıb

0

Yaxın günlər ərzində Kür çayında suyun səviyyəsinin artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, iyulun 15-də gün ərzində və iyulun 15-dən 16-na keçən gecə yağan yağışlar nəticəsində Zərdab rayonu ərazisində yerləşən və Kürə axan Qarasu çayında suyun səviyyəsi 69 santimetr artıb. Bununla əlaqədar yaxın günlər ərzində Kürün aşağı axınında suyun səviyyəsi yüksələcək.