Nəqliyyat vasitələri sürücülərinin və sahiblərinin nəzərinə

0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin sürücü və sahiblərinə müraciət edib. www.zerdab.com-un idarənin saytına istinadən verdiyi məlumata görə, bu il yanvarın 1-dən respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan hüquqi və fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinə illik dövlət texniki baxışı başlayıb. Baxışın müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş müayinə məntəqələrində keçirilməsi məqsədilə BDYPİ-nin respublika ərazisində regional şöbələri yaradılıb və bu regional şöbələr üzrə rayonlar müəyyənləşdirilib. BDYPİ bildirir ki, Zərdab rayonunda qeydiyyatda olanlar Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində illik texniki baxışdan keçməlidilər.
Baxışın keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yuxarıda qeyd olunan şöbəyə nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:
– nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;
– nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini.
Şəxsiyyət vəsiqəsinin vətəndaşların üzərində olması vacibdir. Respublika üzrə bütün baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen − eight =