Ötən il Zərdabın Çallı kəndində hansı işlər görülüb?

0
30

Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov: “Ötən il kəndimizdə 5 nəfər Qarabağ əlili, evi uçan 2 ailə üçün evlər tikilib. Kəndimizdə 250 nömrəlik yeni ATS quraşdırılıb, binası təmir edilib. Məktəbə gedən yol asfaltlaşdırılıb. Kəndin bir neçə küçəsinə nümayəndəliyin və bələdiyyənin vəsaiti hesabına torpaq və çınqıl daşınıb döşənib. Fövqəladə Hallar Nazirliyinin xətti ilə kənd həkim məntəqəsi təmir edilib. Kənd uşaq bağçasında 35 uşaq qayğı ilə əhatə olunub. Kəndin ərazisində zəlzələni qabaqcadan xəbər verən regional seysmik stansiya tikilib istifadəyə verilib, kəndin bir neçə sakini burada işlə təmin olunub. Kənddə 5 çarpayılıq Doğum Evi tikilib, əkinlərin suvarılması problemi həllini tapıb. Rayonumuzun ən çox əhali yaşayan bu kəndində yaxın zamanlarda 480 yerlik yeni orta məktəb binasının tikintisinə başlanacaq”.