Həmyerlimiz respublika olimpiadasında iştirak edəcək

0

Əlibəyli kənd tam orta məktəbinin X sinif şagirdi rayon Ruhiyyə Əliyeva rayonumuzun məktəbləri arasında keçirilən Azərbaycan dili və ədəbiyyatı üzrə bilik yarışında fərqləndirici yer tutub. Ruhiyyə Əliyeva bu nəticə ilə respublika olimpiadasında iştirak etmək hüququ qazanıb. İnanırıq ki, dərs əlaçısı olan R. Əliyeva bu olimpiadada biliyini nümayiş etdirərək təhsil aldığı məktəbə, valideynlərinin yanına alnıaçıq, üzüağ qayıdacaq. Səsin daha yüksəklərdən gəlsin, Ruhiyyə! Sənə elmin zirvələrinə gedən yolda uğurlar arzulayırıq.

Mübariz SƏFİYAROĞLU
Əlibəyli kəndi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × 3 =