“Zərdab səfəri, Həsən bəyə ehtiram müsbət ab-hava doğurub”

0
26

“Prezident İlham Əliyevin “Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” sərəncam imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat vəsait ayrılıb. Hesab edirəm ki, cənab Prezidentin mətbuatımıza, onun ənənələrinə diqqət və qayğısından irəli gələn sərəncam eyni zamanda media nümayəndələrinin Zərdab səfərinin, Həsən bəyin ruhuna ehtiramının ictimaiyyət içərisində doğurduğu müsbət ab-havadan irəli gəlir”. www.zerdab.com saytının məlumatına görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Əflatun Amaşov bildirib ki, bir neçə gün öncə ölkənin bir qrup KİV rəhbəri Həsən bəy Zərdabinin doğma yurdu Zərdabda oldular, onun abidəsini ziyarət etdilər. Həsən bəyin adını daşıyan muzeyə baş çəkdilər: “Yeri gəlmişkən onu da deyim ki, Dövlət başçısı bu ehtiramı da layiqincə qiymətləndirib. Çünki Həsən bəyə ehtiram əslində azərbaycançılığa, dövlətçiliyə ehtiramdır, milli ruha və kökə misilsiz bağlılıq nümunəsidir”.

www.zerdab.com