Azərbaycanda ilk dəfə Həsən bəy Zərdabinin ailə albomu hazırlanıb

0
45

Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyi, Milli mətbuatımızın 137-ci ildönümü münasibəti ilə www.zerdab.com saytı yenilik edib. Belə ki, Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı bölgəni təmsil edən www.zerdab.com saytı ilk dəfə olaraq görkəmli mütəfəkkirin ailə albomunu hazırlayıb. Ailə albomunda Zərdabinin, onun ailə üzvlərinin, yaxınlarının fotoları bir arada cəmlənib. Onlardan sizlərə bəlli olanı da var, olmayanı da. İnanırıq ki, bu albom istər indi, istərsə də, gələcəkdə dahi ziyalı ilə bağlı aparılan araşdırmalar üçün layiqli mənbə olacaq. Gələcəkdə albomun yeni və fərqli şəkillərlə daha da zənginləşdirilməsi nəzərdə tutulur. Albomun yaradılmasında məqsəd Həsən bəy Zərdabi və onun ailə üzvlərinin şəkillərini bir yerə toplamaqdır. İndiyədək belə bir albom mövcud deyildi.

Həsən bəy Zərdabi

 

Həsən bəy Zərdabi həyat yoldaşı Hənifə xanım və qızı Pəri ilə birlikdə (yanvar 1877)




Həsən bəyin atası Səlim bəyin dayısı General-leytenant Fərəc bəy Ağayev
Həsən bəyin qardaşı oğlu Rəhim bəy Məlikov Mehralı bəy oğlu

 

 

Həsən bəyin böyük qızı Pəri xanım Məlikova. Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı


 

Həsən bəyin kiçik qızı Qərib Soltan xanım Məlikova



Zərdabinin böyük oğlu. Midhəd bəy Məlikov Zərdabi

 

Zərdabinin kiçik oğlu. Səffət bəy Məlikov Zərdabi


Zərdabi nəslinin tanınmış nümayəndəsi, akademik Böyükkişi Ağayev

 

Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım

Həsən bəy Zərdabinin Zərdabdakı evi - hazırda Ev Muzeyi