Dövlət qurumlarının məktubları müzakirə olundu

0

Zərdab rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirilib. Tədbiri Zərdab rayon İcra Hakimiyyətinin (İH) başçısı Lütvəli Babayev açaraq iştirakçıları salamlayıb və müzakirə olunacaq məsələlərdən danışıb. Rayon İH başçısının birinci müavini Allahverdi Səfərov “Respublika Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Respublikasında yay və qış otlaqlarından istifadə olunmasının vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri barədə” 27 dekabr 2011-ci il tarixli məktubundan irəli gələn vəzifələr” haqqında məruzə etdi. A. Səfərov vurğuladı ki, rayonumuzda yay və qış otlaqları xeyli geniş əraziləri əhatə edir və bu otlaqlardan istifadənin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilib. Allahverdi Səfərov həmçinin bu istiqamətdə görülməsi vacib olan işlərdən danışdı. Rayon İH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Pərvin Mahmudova “Respublika Əmlak Məsələləri Komitəsinin 26 dekabr 2011-ci il tarixli, “Dövlət mülkiyyətində olan torpaq sahələrində bir sıra qanunsuz tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılması haqqında” məktubundan irəli gələn vəzifələr barədə” məruzə etdi. P. Mahmudova bildirdi ki, istinad edilən məktubda göstərilən məsələlərlə bağlı rayonumuzda da kifayət qədər görülməli işlər var. Məruzədə bu istiqamətdə görüləcək işlərdən bəhs olundu.
Tədbirdə rayon İHB aparatı memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov “Respublika Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayonda şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı aparılmış araşdırmaların nəticələri barədə” 14 dekabr 2011-ci il tarixli məktubu ilə əlaqədar qarşıda duran vəzifələr mövzusunda məruzə etdi. Sahid Əhmədov qeyd etdi ki, Komitənin rayonumuzda şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı apardığı araşdırmalar zamanı həm müsbət, həm də mənfi hallar aşkar edilmişdir. Bu gün qarşımızda duran əsas vəzifə diqqətəlayiq işləri daha da gücləndirmək, nöqsanları isə ən qısa müddətdə aradan qaldırmaqdır. Hər üç məruzə ətrafında çıxışlar oldu. O cümlədən Gəlmə kənd icra nümayəndəsi Cəfər Manafov, Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov, İsaqbağı kənd icra nümayəndəsi İsmayıl Hüseynov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Elbrus Məlikov və başqaları müzakirə olunan məsələlərlə bağlı fikir, təklif və mülahizələrini bildirdilər, həlli vacib olan məsələlərdən danışdılar.
Seminar-müşavirəni rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev yekunlaşdıraraq hər üç məsələnin çox aktual və önəmli olduğunu bir daha vurğuladı, bu istiqamətlərdə görülməli mühüm işlərə diqqəti yönəltdi, tövsiyə və tapşırıqlarını verdi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × two =