“Əkinçi” qəzetinin kollektivi mükafatlandırıldı

0
Əkinçi qəzeti
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev

Dünən Milli Mətbuat Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev rayonda fəaliyyət göstərən “Əkinçi” qəzetinin kollektivi ilə görüşüb. Lütvəli Babayev Prezident İlham Əliyevin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi və onun ev muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması barədə sərəncamlarının dərin minnətdarlıq hissi ilə qarşılandığını qeyd edib. Lütvəli Babayev jurnalistlərin əməyini həmişə yüksək qiymətləndirdiyini vurğulayıb. Görüşdə “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub və redaksiya işçiləri mükafatlandırılıb.

www.zerdab.com