Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

0

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasının 137 ili tamam olur. www.zerdab.com saytı xatırladır ki, ölkəmizdə ilk milli mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulub. Həsən bəy Zərdabi “Əkinçi” adlı qəzet nəşr etdirməklə bu günün əsasını qoyub. 22 iyul Azərbaycanda uzun illərdir Milli Mətbuat Günü kimi qeyd olunur. Məlumat üçün bildirək ki, “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görmüşdü. Lakin buna baxmayaraq, az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdı. Bunun da əsas səbəbi o idi ki, qəzetin əsas missiyası maarifçilik idi. Lakin Çar Rusiyası insanların maariflənməsindən narahat olurdu. Elə ona görə də “Əkinçi”nin nəşri dayandırıldı. Həmin dövrdən bu günədək Azərbaycan Milli Mətbuatı çox çətin və ağır bir yol qət edib. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. İndi ölkəmizdə 4000-dən artıq qəzet və jurnal nəşr olunur. Son illər isə internet qəzetçilik sürətlə inkişaf etməyə başlayıb. Sevindirici haldır ki, peşəkar internet qəzetlər siyahısına bu il Həsən bəy Zərdabinin doğma yurdunu təmsil edən bir sayt – www.zerdab.com əlavə olunub. Sayt öz zəngin materialları ilə, bir-birindən maraqlı yazıları ilə qısa müddətdə böyük rəğbət qazanıb. Həsən bəy Zərdabi Azərbaycanda Milli Mətbuatın təməlini qoymuşdu, www.zerdab.com saytı ilə onun doğma yurdunu təmsil edən insanlar daha bir yeniliyə imza atdılar: Azərbaycanda ilk dəfə olaraq peşəkar bölgə, rayon saytı yaradıldı. Bu vaxta qədər belə saytlar çox olsa da, öz profilinə uyğun fəaliyyət göstərməyib. Lakin hər gün yenilənən, araşdırmaları ilə yeniliklərini davam etdirən və ən əsası isə Həsən bəy Zərdabi ilə bağlı virtual məkanda – internetdəki mövcud boşluqları aradan qaldırmağı üzərinə əsas missiya kimi götürən www.zerdab.com saytı bundan sonra da dahi Həsən bəy Zərdabinin adını daima yüksəkdə tutacaq. Bir daha Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistləri, Həsən bəy Zərdabi davamçılarını təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

16 + 11 =