“Zərdabi milli mətbuatı yaradanda çox əziyyət çəkmişdi”

0
26

“137 il bundan qabaq Həsən bəy Zərdabi qabaqcıl maarif xadimi, ziyalı, öndər qolunu çırmalayıb Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda, bilsəydi ki, onun bu qədər davamçısı olacaq, o gördüyü bütün fəaliyyət üçün qürur hissi keçirərdi”. www.zerdab.com saytının məlumatına görə, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Əli Həsənov daha sonra qeyd edib ki, Zərdabi milli mətbuatı yaradan anlarda çox əziyyət çəkmişdi, o dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən istifadə etmək hər ziyalının işi deyildi: “Bu səbəbdən Milli Mətbuat gününün məhz Həsən bəy Zərdabinin adı ilə, onun yaratdığı “Əkinçi” qəzeti ilə bağlanması tam qanuna uyğundur və Həsən bəyin haqqıdır”.

www.zerdab.com