Zərdabda rekord göstərici: 6 ay ərzində 135 min ağac əkilib

1
31

2012-ci ilin 6 ayı ərzində Zərdab rayonunda Regional Meşəsalma Müəssisəsi tərəfindən 30 hektarda meşə salınıb. www.zerdab.com saytına verilən məlumata görə, şırımlanmış sahəyə hər hektara 3300 ədəd olmaqla müxtəlif növlərdən olan 99 min ağac əkilib. Bundan əlavə, iməcilik yolu ilə rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında, rayondaxili yolların kənarlarında və kəndlərin ərazisində ümumilikdə 36 mindən çox müxtəlif növlərdən olan ağaclar əkilib, onların becərilməsi, suvarılması, mal-qaradan qorunması istiqamətində işlər görülüb.

www.zerdab.com

1 comment

  1. Say barədə yalan deyərəm, bilmirəm. Ancaq həqiqətən yol kənarlarında xeyli sayda ağac əkilib. Zəhmət olmasa kəsilən ağaclar barədə də məlumat yerləşdirərdiniz.

Comments are closed.