Zərdab fermerlərindən sevindirici xəbər

1
35

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu həlli Zərdabda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, o cümlədən heyvandarlığın dinamik inkişafını təmin edir. Rayon icra hakimiyyətindən verilən məlumata görə, təkcə 2011-ci ildə əvvəlki ilə nisbətən mal-qaranın sayı 389 baş artaraq 53 min 499 başa, davarların sayı 1.744 baş artaraq 109 min 434 başa, quşların sayı isə 2.647 baş artaraq 184 min 423 başa çatıb.
Heyvandarlıq məhsulları istehsalı üzrə göstəricilər də diqqətəlayiqdir. Belə ki, keçən il rayonda ət istehsalı 4.295 tona (2010-cu ilə nisbətən artım 1 ton), süd istehsalı 21 min 806 tona (artım 104 ton), yumurta istehsalı 7 milyon 902 min ədədə (artım 136 min ədəd), yun istehsalı 163,6 tona (artım 30 kiloqram) çatıb.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu məqsədlə süni mayalandırmanın tətbiqi, güzəştli qiymətlərlə cins heyvanların alınması üçün fermerlərə, eləcə də fiziki şəxslərə hərtərəfli köməklik göstərilir.

1 comment

Comments are closed.