Həmyerlimiz Sevinc Akifqızından “Nə bilirsən, Nə çəkirəm?”

1

Mədəniyyət yazarı kimi tanınan keçmiş jurnalist Sevinc Akifqızı Zərdab rayonun Gəlmə kəndində müəllim ailəsində anadan olub. Jurnalistika fakültəsində təhsil alıb. Elə üçüncü kursdan – 1995-ci ildən jurnalist işləyib. 5 il davamlı olaraq çalışıb. Dediyinə görə, 10 il isə imzasının itməməsi üçün qonorarla yazılar yazıb. www.zerdab.com saytı xəbər verir ki, bu yaxınlarda həmyerlimizin diski işıq üzü görüb. “Səbuhi” studiyası tərəfindən hazırlanan “Nə bilirsən, Nə çəkirəm?” adlı diskində bir çox şeirləri yer alıb. Əsas mövzusu ana və məhəbbət haqqında olan şeirlərini tanınmış xanəndə Elnarə Abdullayeva, müğənnilər Sədaqət, Səyyad Əlizadə, Tağı Salahoğlu, Rübabə və başqaları ifa edib. O, diski haqqında bunları deyib: “Ana və məhəbbət mövzusuna müraciət etməyimə səbəb budur ki, bizi dünyaya gətirən yeganə varlıq Anadır. Bizi yaşadan, ruh verən isə anaya, vətənə, övlada və yaxınlarımıza olan sevgidir. Elə ilk şeirim də anaya həsr olunub. Sinfimizdə Səadət adında qız var idi. Anası yox idi. Hamı ona yetim deyirdi. Mən həmişə onun halına acıyırdım, “Anasız” adlı bir şeir yazdım. Amma tale elə gətirdi ki, bu acını mən özüm 1995-ci ildə tələbə ikən yaşadım. Anamı itirdim. Ona görə də daha çox ana haqqında yazıram. Bizə ruh verən anadır”.
Ədəbiyyata marağına gəlincə, S. Akifqızı bunları söyləyib: “Ədəbiyyata olan marağım anam və xalalarımdandır. Onlar filologiyanı bitiriblər. Gözümü açandan evimizdə poeziya eşitmişəm. Bu, mənim həyatıma təsirsiz ötüşə bilməzdi”.
www.zerdab.com saytı həmyerlimiz Sevinc Akifqızının “Ana” şerini təsdiq edir.

www.zerdab.com

 

 

1 comment

Comments are closed.