Həyatda dörd şey geri qayıtmır…

0
38

Gənc qadın böyük bir hava limanının gözləmə zalında təyyarəyə minmək üçün gözləyirdi. Təyyarənin uçuş vaxtına hələ çox var idi. Hava limanındakı dükandan bir kitab və bir qutu peçenye aldı və yaxınlıqdakı oturacaqlardan birində oturdu. Bir azdan bir nəfər də gəldi, o da qadının yanındakı oturacaqda öz yerini tutdu. Qadın, bir tərəfdən, kitab oxuyur, bir tərəfdən də, “qonşusu” ilə arasındakı qutudan peçenye götürüb yeyirdi. Qadın ilk peçenyesini götürmüşdu ki, “qonşusu”nun da qutudan bir peçenye götürdüyünü gördü. Qadın bir peçenye götürən kimi, “qonşusu” da birini götürürdü. Qadın get-gedə özündən çıxmağa başladı. Nəhayət, qutuda son peçenye qalanda qadın: “Görəsən, indi nə edəcək?” – deyə düşündü. “Qonşusu” son peçenyeni də götürüb, iki yerə böldü və yarısını qadına verdi. Artıq deməyə söz tapmırdı. Elə bu vaxt diktor təyyarəyə miniyin başladığını xəbər verdi. Kitabını çantasına qoyub əsəbi halda çıxış qapısına doğru getdi. Bir azdan qadın təyyarədəki yerində idi. Kitabını götürmək üçün çantasını açdı. Aman Allah! Peçenye qutusu çantasında idi. Fikirli olduğu üçün peçenyesini çantasına qoyduğunu unutmuş, “qonşusu” isə öz peçenyelərini tərəddüd etmədən onunla bölüşmüşdü. Xəcalətindən nə edəcəyini bilmədi. Artıq üzr istəmək üçün də çox gec idi…
Həyatda dörd şey “geri qayıtmaz”:
1. Daş – atdıqdan sonra.
2. Söz – ağızdan çıxdıqdan sonra.
3. Fürsət – itirdikdən sonra.
4. Zaman – keçdikdən sonra… 

Göndərən: Fatma İslamlı