
Bugünlərdə www.zerdab.com saytının emailinə maraqlı bir məktub daxil olub. Məktub özünü Elman Qurbanov kimi təqdim edən şəxs tərəfindən ünvanlanıb. Elman Qurbanov internetdə axtarış apararkən Zərdab rayonunu təmsil edən www.zerdab.com saytı ilə tanış olduğunu qeyd edib. O, bu saytda Zərdab rayonu, Zərdabın tarixi, ziyalıları ilə bağlı maraqlı yazıların yerləşdirilməsini nəzərə alıb bir məqama aydınlıq gətirilməsini xahiş edir. Elman yazır: – Mənim nənəmin əsli Zərdab rayonundandır. O, yetim qız olub və babamla Zərdabda təsadüfən tanış olub. Nənəmin dediyinə görə, babam işi ilə əlaqədar 1942-ci ildə Zərdaba gəlibmiş, orada nənəmi görüb. O nənəmi çox bəyənib və onlar ailə qurublar. Qeyd etdiyim kimi, nənəm yetim olub. Evin tək qızı olan nənəm ailə qurub Sumqayıta köçdükdən sonra Zərdabla əlaqəsi tədricən kəsilib. Nənəm deyir ki, o Sumqayıta köçməmişdən öncə Zərdabda Zafta adlı bir rəfiqəsi olub. Zafta xanımın əri o dövrdə vətənə xəyanətdə ittiham edilirmiş. Məhz buna görə Zaftanın sürgün ediləcəyi gözlənilirmiş. Nənəm bu gün də həyəcanla soruşur ki, görəsən, Zaftanın aqibəti necə olub, yəni o sürgün edilibmi? Əgər bununla bağlı araşdırma aparmaq imkanınız varsa, xahiş edirik, nənəmin 70 illik intizarına son qoyun. Təəssüflə bildiririk ki, nənəm Zafta adlı həmin qadının soyadını yadında saxlaya bilməyib”.
www.zerdab.com saytı Elman Qurbanovun yazdıqları ilə bağlı araşdırma aparıb və ortaya maraqlı faktlar çıxarıb. Məlum olub ki, 1942-1943-cü illərdə Zərdabda həqiqətən də belə bir hadisə yaşanıb. Elman Qurbanovun nənəsinin intizarla soruşduğu rəfiqəsi isə Bəşirova Zafta Həmid qızı olub. Zafta Bəşirova 1915-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Onun həyat yoldaşı, 1911-ci il təvəllüdlü Bəşirov Qaraoğlan Bəşir oğlu 5 sentyabr 1941-ci ildə Qızıl Orduya səfərbər edilib. Bakı Qarnizonu Hərbi Tribunalı 22 dekabr 1942-ci ildə Bəşirov Qaraoğlan Bəşir oğlunu bizə məlum olmayan səbəblərdən vətən xaini kimi güllələnməyə məhkum edib. Bəşirova Zafta Həmid qızı isə Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalıb. Həmin dövrdə onun 5 il müddətinə sürgün edilməsi haqda təklif baxılması üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilib. Müşavirənin 4 oktyabr 1943-cü il tarixli qərarına əsasən, Bəşirova Zafta Həmid qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Qazaxstana sürgün olunub. Onun sürgün həyatı olduqca məşəqqətli, əzab-əziyyətli keçib. Zafta Bəşirova günahsız olduğunu və sürgünə haqsız yerə məruz qaldığını bildirirmiş. Lakin onun etiraz və xahişinə baxmayaraq, sürgün qərarı ləğv olunmayıb. Sürgünə göndərilən Zafta Bəşirovanın ailə tərkibi isə belə imiş: qızı Bəşirova Şükufə Qaraoğlan qızı – 1937-ci il təvəllüdlü. Oğlanları Davud Qaraoğlan oğlu – 1939-cu il təvəllüdlü. Digər oğlu Əsəd – 1942-ci il təvəllüdlü. Ən dəhşətlisi də odur ki, Zafta Bəşirova sürgünə göndərilərkən onun sonbeşik övladının cəmi 1 yaşı var imiş. Himayəsində azyaşlı və körpə uşaqların olmasına baxmayaraq, Bəşirova Zafta Həmid qızı insafsızcasına qəbur edilmiş qərarla sürgünə göndərilib.
Bəşirova Zafta Həmid qızına nə az nə çox düz 47 ildən sonra bəraət verilib. Belə ki, Azərbaycan SSR Prokurorluğunun 09 fevral 1990-cı il rəyinə əsasən, Bəşirova Zafta Həmid qızına bəraət verilib.
Belə… Bir insanın 70 illik intizarına son qoyduq. Çox istərdik ki, ürəkaçan bir xəbər çatdıraq. Ancaq nə edəsən ki, 70 il öncə qərar verənlər insafsızlığa yol veriblər…
www.zerdab.com
HaLaL OLSUN BU IsLE MARAQLANANLARA. Allah razi olsun. ALLAH, BU SSRI NE QEDER ADAMA ZIYAN VURUB GORESEN. QUCAGINDA BIR YASLI KORPESIYLE BIR QADINI SURGUN ETMEK ELE OZU EN BOYKU CINAYETDI..! SHEXSEN O ISHDE EMEYI OLANLARIN HAMISIN OZUM GULLELIYERDIM. CoX SAG OL NICAT QARDASH
Allah sizlerden razi olsun
Çox gozel ish etmisiz !!!!
HeR ZaMaN SIZINLEYIK QARDAsh. Allah yardimciniz oLSUN.
Cox gozel ish gormusuz, Allah razi olsun. Gelecek arashdirmalarinizda da sizlere ugurlar.
Nicat qardash Allah etdiyiniz butun yaxshi emellerinizin evezini versin. Hemcinin bu ishde size yardimci olanlarin da. ZERDAB sayti yek ve tekdi.
Salam! Men de Melikli kendinde yawayiram. Bu barede 1-ci defedirki eshidirem. Adminden xahish edirem, eger mumkundurse deyesiz bu melumati kim verib? Maraqlidir.
Salam. Mende Melikli kendindenem. Ancaq ki bu barede malumatim yox idi. Teshekkur edirem admine ve bu barede melumat toplayan ve eziyyet cekenlere! Halal olsun.
Fikrim müsbət
Comments are closed.