Gəlmə kəndi

6
96

Gəlmə kəndi Qarasu çayının sahilində yerləşir. Kəndi rayon mərkəzindən bu çay ayırır. Bu çayın üzərindəki geniş piyada körpüsü isə birləşdirir.
Bu kənddə əhalinin əsas məşğuliyyəti quşçuluq, tərəvəzçilik, bostançılıq, yemçilik, baramaçılıq, pambıqçılıq və sairədir. Gəlmə kəndi sovet dönəmində 6 kəndin inzibati mərkəzi olmuş və yaxşı inkişaf etmişdir.
Hazırda bu kənddə 1902-ci ildə tikilmiş Məscid, İcra Nümayəndəliyi, orta məktəb, bələdiyyə, uşaq bağçası, mədəniyyət evi, klub, kitabxana, poçt şöbəsi, ATS, Mişar sexi, inkubasiya stansiyası, digər xidmət və iaşə obyektləri var.
Gəlmə kəndi ötən əsrin 30-cu illərinədək rayonun Lələağacı kəndinin şərqində-Kür çayının aşağı axarında yerləşmiş, bəzi tarixi sənədlərdə böyük Gəlmə kəndi adlandırılmışdır. Ərazini tez-tez su basdığından kənd sakinləri indiki Gəlmə kəndinin ərazisinə köçmüşlər. Bir müddət həmin kənd (Köhnə Gəlmə) adı yeni ilə yeni Gəlmə kəndi ilə bərabər mövcud olmuş, sonralar köhnə gəlmənin digər sakinləri də kəndi tam tərk etmişlər.
Həsən bəy Zərdabi 1881-ci il noyabrın 5-də “Kaspi” qəzetində yazmışdır ki, Gəlmə 100, bəlkə də daha çox ev olan bir kənddir. Bir çox mənbələrdə bildirilir ki, gəlmə kəndinin ilk sakinləri buraya Qarabağ və Şirvan bölgəsinin müxtəlif ərazilərindən, eləcədə hətta Yaxın və Orta Şərqdən gəlmişdilər.
Lakin Lələağacı kəndinin yaxınlığındakı Köhnə Gəlmənin yeri bu gün də “yurd yeri” adı ilə tanınır. Deyilənə görə bir zamanlar burada müxtəlif tayfaların qollarından olan nəsillər də yaşamışdır. Bəzi tarixi sənədlərdə bu “yurd yeri”nin hətta qədim və orta əsrlərdə insan məskənləri olması barədə məlumatlar var.

Ərazisi 1407,20 hektar
Əhalisi 2233 nəfər

6 ŞƏRH

  1. Xaish edirem Allahqulubagi ve Əlibeyli kendi haqqinda da yazasiniz.Evvelceden tesekurimi bildirirem

  2. Xaiş Edirəm Əlibəyli və Allahqulubağı Kəndinə aid olan fikirlernizi paylaşardız Öncədən Teşəkkurumi bildirirem

Comments are closed.