Zərdab rayon təhsil şöbəsinə aparıcı məsləhətçi tələb olunur

0
33

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Zərdab rayon təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsi üçün müsabiqə elan edib. www.zerdab.com saytı müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün lazım olan bütün məlumatları təqdim edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Zərdab rayon təhsil şöbəsi aparıcı məsləhətçi vəzifəsi

Vəzifənin kodu: 109026

İş yerinin ünvanı: Zərdab rayonu, Nzami küçəsi, 6

İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat

Qulluq funksiyaları:

  • · təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması
  • · müəyyənləşdirilmiş formalar üzrə statistik hesabatların qəbulu, ümumiləşdirilməsi və yuxarı orqanlara təqdim olunması
  • · ümumi təhsilin təşkili və idarəolunmasının təkmilləşdirilməsi istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi
  • · ümumi təhsil müəssisələri şəbəkəsinin təhlili və onların optimallaşdırılması üzrə təkliflərin hazırlanması
  • · sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanılması, ümumiləşdirilməsi və təkliflərin hazırlanması
  • · ümumi təhsil sistemində yeni kurikulumların tətbiqi üzrə işin təşkili
  • · xüsusi istedada malik uşaqların aşkara çıxarılması və onlarla işin aparılmasında iştirak
  • · təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatının düzgün müəyyənləşdirilməsi və vaxtında sifarişlərin verilməsinin təmin edilməsi və s.

Vəzifənin tutulması şərtləri:

  • · təhsil: təhsilin təşkili və idarə olunması ixtisası, maarif, filologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • · kompüter bilikləri: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə)
  • · xarici dil bilikləri: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)
  • · bilməlidir:

İmtahan testinin quruluşu:

  • · Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə).
  • · Qanunvericilik üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə).
  • · İnformasiya texnologiyaları üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə).
  • · Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə metodiki vəsait.

Xüsusi qabiliyyətlərə dair tələblər:

  • · problem həlletmə və qərarvermə: problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti
  • · təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti
  • · şifahi və yazılı ünsiyyət: fikir, rəy və hissləri şifahi nitq, yazışmalar və hərəkətlər vasitəsilə ifadə etmək qabiliyyəti
  • · yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı 7 avqust 2012-ci il tarixdən 6 sentyabr 2012-ci il tarixdə saat 18:00‑dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla  təqdim edilə bilər.

Qeyd:

  • Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.

Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

Test imtahanının proqramları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytından tanış olmaq olar.

Namizədlər test imtahanının keçirilmə vaxtı və yeri haqqında məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında www.csc.gov.az (və ya www.dqmk.gov.az) yerləşdiriləcək test imtahanı qrafikindən əldə etməlidirlər.

Müsabiqəyə təqdim edilmiş vəzifələrin qulluq funksiyaları haqqında daha ətraflı məlumat Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytında yerləşdirilmişdir.

Qeyd:

  • Test imtahanına gələn namizəd özü ilə mütləq şəxsiyyətini təsdiq edən sənədinin əslini (şəxsiyyət vəsiqəsi, müvəqqəti şəxsiyyət vəsiqəsi və ya pasport) gətirməlidir. Şəxsiyyəti təsdiq edən sənəd olmadıqda və ya etibarsız olduqda namizəd imtahana buraxılmır.

Test imtahanından uğur qazanmış namizədlər müsahibədə iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən sonrakı 10 iş günü ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:

  • ərizə
  • şəxsiyyəti təsdiq edən sənədin surəti
  • kadrlar uçotunun şəxsi vərəqəsi
  • ali təhsil haqqında sənədin surəti
  • əmək kitabçasının surəti
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
  • sağlamlıq haqqında arayış
  • rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

  Qeydlər:

  •  Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Dövlət qulluqçuları barələrində intizam tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı qulluq keçdikləri dövlət orqanının kadr qurumunun arayışını təqdim etməlidirlər.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
  • Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
  • Namizədlər sənədlərini nəzərdə tutulmuş müddət daxilində poçt vasitəsi ilə də göndərə bilərlər.

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında yerləşdiriləcəkdir. Namizədlər bu məlumatları Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) saytından əldə etməlidirlər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 138, 127, 128)

www.zerdab.com