YAP Zərdab rayon təşkilatının yaradılmasından 19 il ötür – fotolar

1
27

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının yaradılmasının 19-cu ildönümü
ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, partiya fəalları iştirak ediblər. Toplantı iştirakçıları Ulu öndər Heydər Əliyevin Zərdab rayonundakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar. YAP Zərdab rayon təşkilatının qərargahında keçirilən tədbirdə təşkilatın sədri Pərvin Mahmudova siyasi qurumun tarixi barədə məlumat verib. P. Mahmudova deyib ki, bu partiya keşməkeşli günlərdə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşən bir qrup ziyalının təşəbbüsü ilə yaradılıb.
Daha sonra məruzə ətrafında çıxışlar olub. Rayon Uşaq və Ailələrə dəstək mərkəzinin müdüri Könül Həsənova, Həsən bəy Zərdabi adına muzeyin direktoru Vəfa Bayramova, Mədəniyyət və Turizm idarəsi ərazi ilk partiya təşkilat katibi Gülnaz Məmmədova, YAP Zərdab rayon Gənclər birliyinin sədri Ramin Əliyev, 1993-cü ildən YAP üzvü Tahir Qasımov və Zərdab rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Səfərov çıxış ediblər.
Yekunda bir qrup fəal qiymətli hədiyyələrlə mükafatlandırılıb, YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə isə partiyanın vəsiqələri verilib.

www.zerdab.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 comment

  1. Mən bu məqalədə birinci şəkildəki, YAP-ın bayrağının yanındakı kişi ilə bağlı sizə bir video göndərəcəm. Təsadüfən çəkilmiş bir videodur. Amma olduqca yerinə düşüb.

Comments are closed.