Zərdab şəhərində 14 min metrdən çox içməli su xətti çəkilib

0

Zərdab şəhərinə su xəttinin çəkilişi davam edir. Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Zərdab şəhərində su və kanalizasiya xəttinin çəkilişinə bir müddət öncə başlanılıb. Hazırda şəhərin 3 min kub metrlik ehtiyat su anbarının tikintisi sürətlə davam edir. Məlumat üçün bildirək ki, 2012-ci ilin birinci yarımili ərzində şəhər ərazisində 8754 metr kanalizasiya xətti çəkilib, 230 ədəd baxış quyusu qoyulub. 150 mm diametrli borularla 29 evə 113 metr uzunluqda kanalizasiya üçün bağlantı verilib. Bundan əlavə, şəhər daxilində 14 min 790 metr uzunluğunda içməli su xətti çəkilib. Zərdab-Kürdəmir istiqamətində 32 min metr magistral xətt çəkilib. Həmin xətdən 29 min 700 metri test olunaraq sınaqdan keçirilib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

11 + sixteen =