Zərdab rayonunda daha bir oğurluq faktının üstü açılıb

0
21

Zərdab rayon sakini Sona Hacıyevaya məxsus qoyunları oğurlamış Surəddin Adıgözəlov həbs olunub. www.zerdab.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs həbs olunub: “İyulun 25-də Sona Hacıyevaya məxsus 9 baş qoyunu oğurlamış Zərdab rayonunun Körpükənd kənd sakini Surəddin Adıgözəlov tutulub. Faktlar bağlı araşdırmalar davam edir”.