Onminlərlə insan Zərdaba axışıb

0
35

Artıq iki gündür ki, Azərbaycan Ramazan bayramını qeyd edir. Ramazan ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Bayram münasibəti ilə rayonumuzdan kənarda – müxtəlif şəhərlərdə yaşayan onminlərlə insan Zərdaba gəlib. Hazırda rayonumuzda əsl canlanma yaşanır. Bu gün insanlar qəbristanlıqlara yollanıb rəhmətə getmiş əzizlərinin məzarlarını ziyarət ediblər, ruhlarına dualar oxuyublar. Bu gün həmçinin nəslin yaşlı insanları, xəstələr ziyarət olunur. Həmyerlilərimizin bu mehribanlığı, istiqanlılığı, qonaqpərvərliyi, bu müqəddəs gündə bərabərliyi sözün həqiqi mənasında insanın köksünü qabardır. İkin gündür Azərbaycanın bir çox bölgələrində olduğu kimi, doğma Zərdabımızda da havalar sərin keçir. Bu da Allahın bir lütfüdür.
www.zerdab.com saytı olaraq biz də doğma həmyerlilərimizin bayramını səmimi qəlbdən təbrik edir, onlara dualarının qəbul olmasını diləyirik.