www.zerdab.com saytının “facebook”da qrupu fəaliyyətə başladı

1
34

Yenicə istifadəyə verilən və qısa müddət ərzində böyük rəğbət qazanan www.zerdab.com saytı orjinal bir üsula imza atıb. Belə ki, saytın “facebook”da (feysbuk-red) “zerdab.com” adlı qrupu fəaliyyətə başlayıb. Artıq qrup üzvlərinin sayı 120-ə yaxınlaşıb. “zerdab.com” qrupuna üzv olanlar burada müxtəlif mövzuları müzakirəyə çıxarır, həmçinin saytın xəbərlərinə rəylərini bildirirlər. Qrup üzvlərinin əksəriyyəti Zərdab rayonuna bağlılığı olan şəxslərdir. Qısa zaman ərzində qrupun üzvlərinin sayının daha da artacağı gözlənilir. Daim aktiv fəaliyyətdə olan zerdab.com qrupuna üzv olmaq üçün “facebook” saytına girib axtarış bölümündə “zerdab.com” yazmaq lazımdır. Axtarışın nəticəsində qrup tapılandan sonra oraya üzvlük üçün ismarış göndərmək olar.

1 comment

  1. Salam Zərdabda ev satışıyla bağlı sizdən xahiş edirəm onu Zərdab com sayltinda işıqlandırması öz.

Comments are closed.