Azər Mirzəyevə xəstəxanada baş çəkən yoxdur

1
31

“Azər Mirzəyevin vəziyyəti bir necə gündür ki, pisləşib. Amma Akademik Mili Dram Teatrının direktoru İsrafil İsrafilovdan başqa bizə dəstək olan olmayıb”. Bu sözləri Əməkdar artist Azər Mirzəyevin həyat yoldaşı Sevinc Mirzəyeva dedi. Sevinc Mirzəyevanın sözlərinə görə, aktyor hazırda Mərkəzi Klinik Xəstəxanada müayinə olunur: “Analizləri yoxlanılır və həkimlər onun cərrahiyyə əməliyyatı olacağını deyirlər. Bilmirəm necə olacaq? Aktyora aortanın anevrizmi diaqnozu qoyulub”. Əməkdar artist may ayında insult olub və bir müddət müalicə edilib. Qeyd edək ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub.

1 comment

Comments are closed.