Jalə Əliyeva: “Zərdabdan ali məktəbə qəbul olanların sayı artır”

2
Millət vəkili Jalə Əliyeva
Millət vəkili Jalə Əliyeva

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin builki buraxılış imtahanlarında ən aşağı nəticə göstərən – şagirdləri daha çox “2” alan rayonların adlarını açıqlayıb. TQDK bildirib ki, bu il buraxılış imtahanları üzrə şagirdləri ən pis nəticə göstərənlərin sırasında birinci yerdə Sabirabad  rayonu gəlir. Daha sonra isə sıralama belədir: Cəlilabad, Zərdab, Astara, Hacıqabul, Füzuli, Daşkəsən, Kürdəmir. Yayılan məlumatda Zərdab rayonu ilə bağlı məsələyə millət vəkili Jalə Əliyeva münasibət bildirdi. Millət vəkilnin sözlərinə görə, TQDK-nın buraxılış imtahanları ilə bağlı bu açıqlaması üzərində düşünməyə dəyər: “Deputatı olduğum rayondan son dövrlərdə ali məktəblərə qəbul olanların sayının artdığını müşahidə edirəm. Bu da deməyə əsas verir ki, təhsilin səviyyəsi ildən-ilə yüksəlir. Bir neçə il əvvəllə müqaisədə son illər yüksək bal toplayan məzunlarımızın sayı çoxalıb. Amma buraxılış imtahanlarında Zərdab rayonun belə bir nəticə göstərməsi mənim  üçün üzücüdür. Düşünürəm ki, bu məsələnin üzərində işləməyə dəyər. Burda səbəblər ondan ibarətdir ki, Zərdab ucqar rayon olduğuna görə çox vaxt kadr çatışmazlığından şikayət edirik. Rayonumuz ucqar olduğu üçün  çox vaxt universiteti qurtaran öz məzunlarımız  yenidən  rayona qayıtmaq istəmirlər. Bir səbəbi də bunda axtarmaq lazımdır. İstənilən sahələrdə bizim güclü kadrlarımız, yaxşı mütəxəssislərimiz var. Bunu hər zaman deyirik. Amma rayondan çıxan kadrlarımızın yenidən Zərdaba qayıtmasına diqqət edilməsi lazımdı. Burda çox faktlar ola bilər. Amma mən bunu dəqiqləşdirməmiş deyə bilmərəm. Çünki yeni dərs ilinin başlanmasına çox az bir vaxt qalıb. Bu məsələ ilə bağlı rayonda görüşümüz olacaq. Təhsil şöbəsinin müdiri və rayon rəhbərliyilə birlikdə bu məsələni araşdırıb konkret bir nəticəyə gələrik. Ötən ildən başlayaraq yaşı 65-dən yuxarı olan qocaman müəllimlər yola salınıblar. Təbii ki, təqaüdə çıxan müəllimlərin yerini tutan insanlar var. Ola bilsin ki, 65 yaş senzinə keçdiyimiz üçün bir boşluq yaranıb. Ona görə bəlkə belə bir nəticə olub bizim rayonumuzda. Bir daha demək istəyirəm ki, araşdırmadan, məsələyə dərindən varmadan mən konkret bir şey deyə bilmərəm. Amma düşünürəm ki, bu çox qısa bir zamanda həllini tapa biləcək bir məsələdi”.

2 ŞƏRH

  1. Bunun 65 yashla ne elaqesi var, hormetli deputatimiz?Shagirdlerin oxumaqa maraqi yoxdur..

  2. Dusunurem ki, yaranmis cetinlikleri aradan qaldirmaq ucun, her bir muellim individual sekilde calismalidir. Cunku bu qlabal bir cetinlikdir. Bu siralamani oxumazdan once, Zerdabda bu cur cetinlikerin oldugunu dusunurdum ve musahide edirdim..Meselenin hellinde tetbiq edilecek tedbirler planin bir hissesi kimi, kadr islahatlarinin kecirilmesinin zeruri olmasina ehtiyac duyuram. Diger sebeblerden biri de, kend orta mekteblerinde seraitsizlikdir. Qishda bu cetinlikler daha aciq sekilde gorsenir. Hormetle:Feqan Rustemov.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four + 12 =