Həyat yoldaşı: “Azər Mirzəyevin səhhəti yenidən pisləşib”

1
26

Əməkdar artist, aktyor, həmyerlimiz Azər Mirzəyevin səhhətində ciddi problem yaranması barədə bir neçə gün öncə məlumat vermişdik. Lakin müalicə olunmasına baxmayaraq, aktyorun səhhətində dəyişiklik müşahidə olunmur. Bu barədə Mərkəzi Klinik Xəstəxanasının həkimi Yeganə Abbasova məlumat verib. O bildirib ki, Azər Mirzəyevin vəziyyəti gələndən sadəcə, nisbətən stabilləşib. Y. Abbasovanın sözlərinə görə, xəstədə kompleks xəstəliklər var: “Əsas koronar damar 90 faiz tutulub. A.Mirzəyev həm də diabet xəstəsidir, böyrək çatışmazlığı var. Bütün bunlara baxmayaraq, bizim şöbədə yatır ki, müəyyən stabil vəziyyətə gəlsin”.

Sənətkarın həyat yoldaşı Sevinc Mirzəyeva aktyorun yanına heç kəsin buraxılmadığını söyləyib: “Mərkəzi Klinik Xəstəxanadayıq. Telefona Azər müəllim özü cavab verə bilmir. Nə çəkiliş aparmağa, nə də yanına kimsənin gəlməsinə icazə verilmir. Həkimlər onun təcili əməliyyat olunmasını söyləyiblər”.
Sevinc Mirzəyeva bildirib ki, Azərin Mirzəyevin ürək-damar sistemində kəskin problemlər var: “Həkimlər bizə deyiblər ki, əməliyyat xəstənin həyatı üçün riskli ola bilər. Ona görə də əlacsız qalmışıq. Azərin bacı-qardaşlarının da razılığı olmalıdır. Onlar da Bakıda deyillər. Biri Türkiyədə, biri Latviyadadır. Hamı bir yerə toplaşıb yekdil qərara gəlməlidir”.

Qeyd edək ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub.

1 comment

Comments are closed.