Zərdab rayonunda səmada qeyri-adi hadisə – VİDEO

0
27

Dünyanın müxtəlif ölkə və şəhərlərində rast gəlinən qeyri-adi hadisələrdən biri bu dəfə Azərbaycanın Zərdab rayonunda baş verib. Belə ki, səmada – buludların üzərində ərəb dilində açıq-aşkar “Allah” sözü yazılıb. Videonu www.zerdab.com saytına göndərən şəxs bu hadisənin görənlərin təəccübünə səbəb olduğunu söyləyib. Onun sözlərinə görə, hər kəsin marağına səbəb olan sözügedən hadisəni görənlər telefonun video yaddaşına köçürüblər. Qeyd edək ki, bu video “youtube” bir neçə ay öncə yerləşdirilsədə ictimaiyyətin diqqətini indi cəlb edib. Videonu göndərən şəxs buradakı görüntülərin din xadimlərinin də böyük marağına səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərəb dilində oxuya bilənlər videonu izlədikdən sonra səmada – buludlar üzərində açıq-aşkar “Allah” sözünün yazıldığını təsdiqləyiblər. Əlavə şərh vermədən həmin videonu diqqətinizə təqdim edirik.

www.zerdab.com