Zərdabın 2 kəndində yeni məktəb binaları istifadəyə verildi

0
25
 Zərdab rayonunun Pərvanlı kəndində smeta dəyəri 1 milyon manat olan 180 şagird yerlik tam orta, Lələağacı kəndində isə 510 min manat dəyərində 80 şagird yerlik ümumi orta məktəblər üçün yeni binalar istifadəyə verilib. www.zerdab.com saytının yaydığı məlumata görə, hər iki təhsil ocağı tədrisin yüksək səviyyədə təşkili üçün lazımı şəraitə malikdir. Pərvanlı məktəbində kimya və fizika laboratoriyaları, idman zalı, kitabxana, akt zalı, kompyuter otağı, Lələağacı məktəbində də idman zalı, kompyuter otağı fəaliyyət göstərəcək.

Məktəb binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edənlər təhsil sahəsinə göstərdiyi diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.