Türkiyəli xanım zərdablı Orxan Abbasovu axtarır…

2
36

Bu günlərdə www.zerdab.com saytının elektron poçtuna Türkiyədən məktub daxil olub. Məktub müəllifi xanımdır və özünü Dərya Kılıç kimi təqdim edib. Dərya Kılıç Orxan Abbasov adlı şəxsi axtardığını bildirib. Onun sözlərinə görə, Orxan Abbasov Zərdabda yaşayır. Dərya xanımın yazdıqlarının nə dərəcədə doğru olub-olmadığını bilmirik, ancaq əgər həqiqətən belə bir şəxs Zərdab rayonunda yaşayırsa və onu tanıyan varsa, köməklik göstərməsini xahiş edirik. Sonda Dərya xanımın məktubunu oxucularımıza olduğu kimi təqdim edirik: “Merhaba. Size internetten ulaştım. Ben Türkiyeden yazıyorum size. İsmim Derya Kılıç. Zerdabta yaşayan bir arkadaşıma ulaşmak istiyorum. Bana bu konuda yardımcı olabileceginizi düşündüm. Bana yardımcı ola bilirmisiniz acaba… Arkadaşımın adı ORHAN ABBASOF. TEK BİLDİGİM ZERDABTA YAŞADIGI. Lütfen bana yardım edin, onu bulmam çok önemli. Şimdiden çok teşekkür ederim size… İyi çalışmalar dilerim”.

www.zerdab.com

2 ŞƏRH

Comments are closed.