Təzə evlənmişdilər…

0
21

Təzə evlənmişdilər. Ancaq elə ilk vaxtlardan bu işin belə getməyəcəyini hiss etmişdilər. Əslində bir-birilərini çox sevirdilər. Hətta heç vaxt bir-birilərindən ayrılmayacaqlarına söz də vermişdilər. Ancaq indi adi bir söz belə aralarında söz-söhbətin başlaması üçün kifayət idi.
Bir axşam oturub danışmağı qərara aldılar. Boşanmaq istəməsələr də, əvvəl-axır bu işi bir yoluna qoymalı idilər. Bir xeyli danışdılar. Axırda evin kişisi: “Ağlıma bir fikir gəldi. Gəl bağda bir ağac əkək. Əgər bu ağac üç ay ərzində qurusa, boşanaq. Qurumasa, boşanmaq fikrini birdəfəlik ağlımızdan çıxaraq. Bu üç ayda da bir-birimizdən ayrı qalaq”, – dedi. Bu fikir evin xanımının da ağlına batdı. Ertəsi gün gedib bir ağac aldılar və bir yerdə bağda əkdilər.
Aradan bir ay keçdi. Bir gecə bağda qarşılaşdılar. Hər ikisinin də əlində bir dolça su var idi…

P.S Hər xırda problemə görə, bir-birinizdən incik düşməyin, bir-birinizə güzəştə getməyi bacarın. İnanın, onda ilk baxışdan sizə çox böyük görünən ailə problemləri həll olunacaq. Uğurlar…

Hazırladı: Sevinc Abbasova. Xüsusi olaraq www.zerdab.com saytının oxucuları üçün.