Rusiyada yaşayan el sənətkarımızı siz də tanıyın – video

7
30

 

Mübariz İbrahimov

Bu günlərdə www.zerdab.com saytının emailinə Rusiyadan maraqlı bir video göndərilib. Videoda hazırda Rusiyanın Saranski şəhərində yaşayan həmyerlimiz Mübariz İbrahimov muğam ifa edir. Video Rusiyada el şənliklərindən birində çəkilib. M. İbrahimov www.zerdab.com saytına açıqlamasında özü haqda bunları söylədi: “1958-ci ildə Zərdab rayonunun Çallı kəndində doğulmuşam. 1976-cı ildə Çallı kənd orta məktəbini əla qiymətlərlə bitirmişəm. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşam. Xidməti başa vurandan sonra Moldoviya Dövlət Universitetinin Arxitektura fakultəsinə daxil olmuşam. 1990-cı ilə qədər öz ixtisasım üzrə işləmişəm. Həmin ildən 1994-cü ilə qədər Zərdab rayonunda çalışmışam. Sonradan Rusiyaya qayıtdım və biznes fəaliyyəti ilə məşğul olmağa başladım”.

Öz məlahətli səsi ilə yaşadığı şəhərdə nüfuz qazanan həmyerlimiz: “Səsimi ifama qulaq asanların əksəriyyəti bəyənir”,-dedi. “Bəs elə isə niyə bu sənətin dalınca getmədiniz?” sualımıza onun cavabı çox qısa oldu: “İstedadımı ali təhsilimə, ixtisasıma qurban verdim. Bəlkə, bu sənətin arxasınca getsəydim, indi Azərbaycanın tanınmış xanəndələrdən biri idim”.
Mübariz İbrahimov ailəsinin də azərbaycanlılardan ibarət olduğunu bildirdi. Dediyinə görə, 2 övladı var. Onlar hazırda Rusiyada Hüquq və Menecment ixtisası üzrə təhsil alırlar: “Övladlarım təhsillərini başa vurandan sonra inşallah, vətənə dönmək istəyirəm”.
Mübariz İbrahimovun ifası yəqin ki, dinləyənlərin ürəyincə olacaq. İnanırıq ki, bu videonun www.zerdab.com saytında yayımlanması M. İbrahimovun həmyerlilərimiz arasında yaxından tanınmasına da şərait yaradacaq…

 

7 ŞƏRH

  1. Hemyerlimize cansaqligi, heyatinda, senetinde uqurlar arzu edirem.
    Kas hemise Zerdablilarin adi yaxsilarla daha da ucaliqlardan seslensin.

  2. Axtarma məni; -amma yerli, imkanım olsaydı axtarıb səni tapardım və əllərini sıxardım.

Comments are closed.