Nazirlik: “Zərdaba əməliyyat qrupu göndərilib”

5
24

Nazirlik brokonyerləri axtarır

Kürün Zərdab rayonundan keçən hissəsində brokonyerlərin balıq tutmaq üçün istifadə etdiyi vasitə zəhərlənməyə səbəb olub. AzNews.az-a daxil olan məlumata görə, balıq tutmaq üçün brokonyerlər çaya elektrik cərəyanı buraxıblar. Bu vasitə ilə tutulan balıqlardan istifadə nəticəsində zəhərlənmə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor müavini Qabil Məmmədov AzNews.az-a açıqlamasında bu faktı təsdiqləyib. Nazirlik rəsmisinin sözlərinə görə, faktla bağlı araşdırma aparılması üçün Zərdaba əməliyyat qrupu göndərilib: “Bundan əvvəl də Sarısu ətrafında belə hal qeydə alınmışdı. Məsələ ilə bağlı əməliyyat tədbirləri keçirildi və 2 nəfər müəyyənləşdirildi. Onlar barədə məlumatlar istintaq orqanlarına göndərildi. İndi də brokonyerlərin balıq tutmaq üçün suya elektrik cərəyanı buraxması ilə bağlı məlumat araşdırılır. Həmin şəxslər qaçıb gizləniblər, amma nazirliyin bu istiqamətdəki tədbirləri də nəticə verəcək, günahkarlar cəzalandırılacaq”.

Balıqdan zəhərlənmə barədə xəbərlərə gəlincə, nazirlik rəsmisi bu barədə onlarda məlumat olmadığını vurğulayıb.

5 ŞƏRH

  1. ncncncnc men hele indi billemki buraligda ne olur.ama bezi xanimlarimizsa gece gunduz burda yatirlar heyiffff.Dagil ey dunya dagil

  2. He qarsisin alsalar yaxi olar.Cunki bu sekilde baliqlarin ovlanmasi sonda tamami ile bu canlinin bir erazide kokunun kesilmesine sebeb ola biler.Demek olar ki,boyuk baliqlarla yanasi xirdalar da mehv olur.

Comments are closed.