Qohumunuzun hansı hərbi hissəyə düşdüyünü zəng edib öyrənin

2

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prosesi başa çatıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, siyahılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərilib. Valideynlər öz övladlarının hansı hərbi hissələrə düşdükləri barədə məlumatları həmin şöbələrdən öyrənə bilərlər. Əlavə məlumat almaq istəyənlərdən Müdafiə Nazirliyinin aşağıdakı qaynar xəttinə zəng etmələri xahiş olunur:

(012) 539-23-55
(012) 439-61-10

 

2 ŞƏRH

Comments are closed.