Ötən il 93 həmyerlimiz ali məktəbə qəbul olub

0
27
2011-ci ildə Zərdab rayonundan 93 nəfər ali məktəblərə qəbul olunub. Test imtahanında 685 bal toplayan bir həmyerlimizə Prezident təqaüdü təyin edilib. Bu gün Zərdab idmançıları ölkə və dünya səviyyəli yarışlarda uğurla çıxış edirlər. Hazırda rayonumuzda 51 idman qurğusu var ki, bunun 19-u idman zalı, 27-i sadə idman qurğusu, 3-ü atıçılıq tiridir. Şəhərimizdə 1500-dən çox tamaşaçı tutan stadion, şahmat-dama klubu, 2 uşaq-gənclər idman məktəbi, taekvondo, karate, boks, güləş, stolüstü tennis, voleybol və futbol bölmələri gənclərin ixtiyarındadır. Rayon şahmat məktəbi komandasının uğurları ildən-ilə artır. Bu məktəbin yetirmələri ölkəmizdə və beynəlxalq turnirlərdə uğurla çıxış edirlər.