Zərdab rayonunda oğurluq edən şəxslər tutuldular

0
21

Zərdab rayonunda oğurluq edən şəxslər tutulub. Zərdab rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakinləri – 1958-ci il təvəllüdlü Əşrəf Əliyev və 1988-ci il təvəllüdlü Rəşid Mejnunov saxlanılıb. İlkin araşdırmalar nəticəsində saxlanılan şəxslərin Zərdab rayonu da daxil olmaqla, bir neçə rayonda oğurluq etdikləri müəyyən edilib. Ə.Əliyev və R.Mejnunov barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, saxlanılan şəxslərin hər ikisi 2 dəfə məhkumluq həyatı yaşayıblar. Araşdırmalar davam etdirilir.APA