Erkən nikahların 61 faizi kənd yerlərində qeydə alınır

4
38

Azərbaycanda erkən nikah faktlarının 39 faizi şəhər, 61 faizi isə kənd yerlərində qeydə alınır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  məlumatına görə, erkən nikahların yayılmasına əsasən mədəni, sosial, psixoloji amillər təkan verir. www.zerdab.com saytı xəbər verir ki, komitənin açıqlamasına görə, erkən nikaha daxil olan qızların valideynlərinin sosial tərkibi araşdırılarkən məlum olub ki, bu qızların 31,9 faizinin atası kənd təsərrüfatı işçisi, 17 faizi fəhlə, 10 faizə yaxını nəqliyyat işçisi, qızların 53,7 faizinin anası evdar qadın, 18 faizə yaxını kənd təsərrüfatı işçisidir. Həmin qızlarla nikaha girən kişilərin isə 21 faizi kənd təsərrüfatı, 14 faizi ticarət, 10 faizi nəqliyyat sektorunda çalışır, 13 faizi fəhlə, 7 faizi işsizdir. Erkən nikahlar körpə və ana ölümü faktlarının, boşanmaların artması, qızların təhsil imkanlarının azaldılması, qızların cəmiyyətdən təcrid olunması və onların fiziki və cinsi zorakılığa məruz qalması kimi fəsadlar yaradır.

4 ŞƏRH

  1. Dogrudur,belkede sehf edirem ama men bunun sebebini cahillikte gorurem.

  2. Yoxe ele tez gedip xosbext olanlar varki,ama yenede normal olaraq her bir xanim ,oz ayaginin ustunde durmagi bacarmalidir,turkler demis,en azindan sabaha dair bir umid yeri,diplomu,nebilim bir qabiliyyeti olmqalidir,teesufki,valideyinler,aman qizim qonsunun qizindan geri qaldi deyib,ere verirler,cahillikten basqa birsey deyil..

  3. Amma tebiiki butun kend yerinde yasayanlarin hamisina ait etmek olmaz,gelin unutmayaqkki,butun deyerli adamlarimiz,boyuklerimiz kentt yerlerinden gelmisdir o yerlere,sadece seherde muhit ferqi var savadsiz bele olsan muhit insani medenilesdirir..

Comments are closed.