Bir ildə 4 nəvəsi ali məktəbə qəbul olunan 80 yaşlı həmyerlimiz

2
29

80 yaşlı Xanbaba Qarayevi Zərdab rayonunda çoxları tanıyır. 55 il pedoqoji sahədə çalışmış X. Qarayev bir vaxtlar Zərdab rayon Təhsil Şöbəsində baş inspektor, 1 saylı şəhər məktəb-liseyində, 3 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini, eləcə də dil-ədəbiyyat müəllimi işləyib. O, fəaliyyəti dövründə nümunəvi təhsil işçisi olub, “Qabaqcıl maarif əlaçısı” döş nişanı, fəxri fərmanlarla təltif edilib. Ötən il Xanbaba Qarayevin həyatında daha bir xoşbəxt hadisə baş verib: 4 nəvəsi ali məktəblərə qəbul olunub. Belə ki, onun ilk nəvəsi – Qarayeva Aydan Dövlət İqtisad Universitetinə, ikinci nəvəsi Əhmədov Orxan TQDK-nın qəbul imtahanında 627 bal toplayaraq Şimali Kiprin Doğu Akdeniz Universitetinə, üçüncü nəvəsi Süleymanzadə Fəridə Bakı Dövlət Universitetinin fizika fakultəsinə və dördüncü nəvəsi Əlizadə Nərmin Dövlət İqtisad Universitetinə qəbul olunublar…
Qəhrəmanımız 9 övlad atasıdır. Bütün övladları ev-eşik, ailə-uşaq sahibidir, öz ixtisasları, daimi peşələri var.

2 ŞƏRH

  1. Salam. Orxan Əhmədov TQDK-nin qəbul imtahanında 627 keçid balı toplayaraq Şimali Kiprin Doğu Akdeniz Universitetinə qəbul olunub. Xahish edirem yol verilmiş sehvi düzəldəsiniz.

  2. Ilk öncə bu yazıya görə əməyi keçənlərə təşəkkürümü bildirirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Xanbaba müəllimin 21 nəvəsindən biriyəm. Məndə Dövlət İqtisad Universitetində təhsil alıram. Xanbaba müəllimin bütün nəvələri ali təhsil alıb və hal-hazırda alırlar. Sadəcə olaraq 4 nəvə məhz 2011-ci tədris ilində qəbul olublar. Bu, uğurun yalnız bir hissəsidir. Mən bütün Zərdablılara uğur arzulayıram.

Comments are closed.