Bu il Zərdabın 11 kəndinə qaz xətti çəkiləcək

0

2012-ci ilin sonunadək Zərdab rayonunun daha 11 kəndinə, o cümlədən Yarməmmədbağı, Lələağacı, Məmmədqasımlı, Gödəkqobu, Dəkkəoba, Dəli Quşçu, İsaqbağı və digər kəndlərə qaz xətti çəkiləcək. Ümumilikdə isə 2014-cü ilədək Zərdab rayonunun bütün kəndlərinə qaz çəkilişi tam başa çatdırılacaq. Qeyd edək ki, hazırda rayonumuzun Qaravəlli kəndi təbii qazla təmin olunur, Gəlmə, Yediyarlı, Əlibəyli, Salahlı, Xanməmmədli və Hüseynxanlı istiqamətində işlər sürətlə davam etdirilir. Artıq bir neçə kəndə daşıyıcı və paylayıcı qaz kəmərlərinin çəkilməsi başa çatdırılmış, sayğacların quraşdırılmasına başlanılmışdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

11 − 9 =