Azercell-dən regionlarda çalışan KİV nümayəndələrinə dəstək

0
26

Azercell Telekom oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən KİV nümayəndələri üçün təlim kursu təşkil edib. www.zerdab.com saytının məlumatına görə, təlim proqramında media nümayəndələrinə əvvəlcə Azercell haqqında və eyni zamanda şirkətin indiyə qədər həyata keçirdiyi bir sıra sosial layihələr haqqında məlumat verilib. Daha sonra hal-hazırda jurnalistikada çox aktual bir mövzuya çevrilən Sosial Media barədə təlim təqdim olunub. Sözügedən təlimdən sonra bu yöndə xeyli müzakirələr aparılıb.
Eyni zamanda jurnalistlər üçün xüsusi interaktiv “Təqdimat bacarıqları” təlimi keçirilib. Layihə çərçivəsində regional media nümayəndələri dünyada baş verən jurnalistika sahəsində aktual meyllərlə tanış olub, bir-biriləri ilə tanışlıq imkanı qazanıblar.
Xatırladaq ki, Azercell Telekom MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları təşkil olunmaqdadır. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.
Qeyd edək ki, təlim kursuna www.zerdab.com saytı da dəvət olunmuşdu.