Çempionumuz Nərmin Camalzadə hərbi xidmətə getmək istəyir – foto

3
24

Zərdabın yetirməsi, karatenin VKC növü üzrə keçirilən dünya miqyaslı yarışlarda dəfələrlə qalib olmuş Nərmin Camalzadə xalqımızın igid oğlu Ramil Səfərovu əfv etməsi ilə bağlı Prezident İlham Əliyevə məktub yazıb. www.zerdab.com saytının yaydığı məlumata görə, Nərmin Camalzadənin həmin məktubu Prezident İlham Əliyevin rəsmi saytında – www.president.az-da yayımlanıb. www.zerdab.com saytı həmin məktubu təqdim edir: “Möhtərəm cənab Prezident! Xalqımızın mərd oğlu Ramil Səfərovu ömürlük həbs cəzasından xilas edərək ona daimi azadlıq bəxş etməyiniz bizi həddən artıq sevindirdi. Mən karate idman növü ilə məşğul oluram. Dünya kubokunu respublikamıza gətirmişəm. Uzaq ölkələrdə dövlət himnimizi səsləndirmiş, bayrağımızı ucaltmışam. Sizin Ali Baş Komandan kimi Ramil Səfərova qayğınız, Mübariz İbrahimov kimi cəsur, igid oğula “Azərbaycanın Milli Qəhrəmanı” adı verməyiniz biz idmançı qızların da hərbi sahəyə marağını və sevgisini artırmışdır. Mən də Azərbaycanın tamhüquqlu vətəndaşı kimi Vətən torpaqlarının azadlığı naminə apardığınız misilsiz işlərdə Sizə dəstək olmaq istəyirəm. Çox istərdim ki, qanunlarımız imkan verərsə mən də Silahlı Qüvvələrimizin sıralarında xidmət keçim. Torpaqlarımızın düşməndən azad olunmasına, müqəddəs bayrağımızın doğma Qarabağımızın aydın səmasında dalğalanmasına öz köməyimi göstərim. Mən Azərbaycan bayrağını təkcə Dünya kuboku yarışlarının finalında deyil, Şuşamızda, Xankəndimizdə ucaltmaq arzusundayam və inanıram ki, Sizin rəhbərliyiniz altında bu arzuma da çatacağam. Allah Sizi qorusun!
Dərin hörmətlə, Camalzadə Nərmin Akif qızı, karatenin VKC növü üzrə Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq turnirin qızıl medalçısı, Dünya kuboku yarışlarında Dünya kubokunun və qızıl medalın sahibi, karatenin VKS növü üzrə 2011-ci il Avropa çempionu, Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatının gümüş mükafatçısı, Şərqi Avropa çempionatının qızıl mükafatçısı. Azərbaycan Respublikası, Zərdab rayonu”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

3 ŞƏRH

  1. banucicek xanim men bos yere azerbaycan qizlarini merd cesur dememisem berkede az demisem onu bildirmek isteyirem ki, nermin xanim o qeder gucludur ki, butun yarislarda qalib gelib.

Comments are closed.