Zərdab sakini maşını aşırdı, bir nəfər öldü

1
21

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. www.zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Ağcabədi rayonunun Sülü kəndi ərazisində Zərdab rayon sakini Əmiraslan Bayramov idarə etdiyi “VAZ-21099” markalı avtomaşını aşırıb. Nəticədə M. Əliyevin sərnişini – Zərdab rayon sakini Məhəmmədəli Kişmişov hadisə yerində ölüb, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.  Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

1 comment

Comments are closed.