Ordudan tərxis olunan zərdablı əsgər komadadır

3
33
Oktyabrın 6-da Naxçıvan MR-da yerləşən Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsindən tərxis edilmiş Zərdab rayon sakini əsgər Məmmədli Abid Əlisafa oğlunun hazırda vəziyyəti kritikdir. Onun ailəsindən verilən məlumatda deyilir ki, Abid evə gələndən iki gün sonra vəziyyəti kəskin şəkildə pisləşib. Hazırda komada olan keçmiş əsgər anası ilə danışanda onu bir gizirin döydüyünü bildirib. Komada olduğundan həmin gizirin adını öyrənmək mümkün olmayıb. Abidin əmisi  Məmmədov Sadiq iddia edib ki, vəziyyətin bu həddə çatmasında əsas səbəb əsgərin orduda döyülməsi və daha sonra baş verən məmur özbaşınalığıdır. “Abid gələndən depressiyada idi. Burnundan mütəmadi qan axırdı. Kənd uşağı olduğundan bunu əhəmiyyətli hesab etmirdi. Biz onu həkimə apardıq. Həkimlər, sağ olsunlar, köməklik etdilər. Hətta onun Goyçay Mərkəzi Xəstəxanasına göndərilməsi üçün də tədbir gördülər. Lakin məhkəmə ekspertizası onun bədənində olan izləri araşdırmaqdan boyun qaçırır. Deyirlər ki, bizə yazılı göstəriş verilməlidir. Abid isə komadadır, danışa bilmir. Artıq bədənində izlər azalıb. Biz Naxçıvan Hərbi Prokurorluğu ilə də əlaqə saxlamışıq. İstəyirik bu iş ədalətli şəkildə araşdırılsın.” Sonda onu da bildirək ki, Abid Məmmədlinin əmisi imkan tapan kimi onun fotolarını redaksiyamıza yollayacağını da bildirib. /pia.az/

3 ŞƏRH

  1. bu beledir.- – – – hec esgeri de doyerler. bu dozulmez faktir. – – – – –

Comments are closed.