Zərdabda təhlükəli hissələrdə sahilbərkitmə işləri görülür

0
25

Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi Zərdab rayonunda yaşayış məntəqələrini daşqın və sel sularından qorumaq məqsədilə sahilbərkitmə işləri aparır. www.zerdab.com saytına verilən məlumata görə, təkcə bu il Kür çayının sol sahili boyunca Sarıqaya, İsaqbağı, Körpükənd, Buçaqçı və digər bir sıra kəndlər üçün təhlükəli olan 4,6 kilometr məsafədə 104,4 min kubmetr həcmində bəndlər təmir edilib. Habelə, daşqın ehtimalı çox olan digər hissələrdə də bərkitmə işləri görülüb. Bununla yanaşı Türyançay çayının rayon ərazisindən keçən hissəsində 160 kubmetr həcmində faşınla sahilbərkitmə işləri aparılıb. Çay sahillərinin bərkidilməsi davam etdiriləcək.