Xeyirxah əməlləri ilə yaddaşlarda yaşayacaq Sabir Salmanov…

3
38

Salmanov Sabir Qurban oğlu 1931-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsini bitirib.1955-1958-ci illərdə Rostov vilayətinin Mtlyuşinski rayonunda cərrah işləyib. 1958-1963-cü illərdə Zərdab rayonunda cərrah kimi fəaliyyət göstərib. 1963-cü ildə Azərbaycan Respublikasının Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya instituna əyani aspiranturaya qəbul olunub.

1966-cı ildə Moskva şəhərində «Некоторые вопросы обмена основных вопросы обмена основных електролитов в сявзи с операцией и наркозом у больных раком желудочно-кишечного тракта» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1967-1968-ci illərdə Semaşko adına xəstəxananın uşaq cərrahlığı şöbəsinin ordinatoru işləyib. 1968-1970-ci illərdə Bakı şəhər 5 saylı kliniki xəstəxananın cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1970-ci ildə N.Nərimanov adına ATİ-n uşaq cərrahlığı kafedrasına assistent seçilib. Həmin vəzifədə 18 il işləyib və 1988-ci ildə səhhəti ilə əlaqədar olaraq təqaüdə çıxıb və işdən azad olub. 1991-ci ildə dünyasını dəyişib. Salmanov Sabir Qurban oğlunun uşaq cərrahlığı sahəsində xidmətləri bu gün də yaddaşlardadır. Allah rəhmət eləsin.

3 ŞƏRH

  1. Allah rehmet elesin.Saq olun ki bele hekimlerimizi, ziyalilarimizi yad edirsiniz

Comments are closed.