Jalə Əliyeva: “Rayonumuzda görülən işlər öz bəhrəsini verir”

0
21

“Azərbaycanın hər bir bölgəsinə ayrılan diqqət və qayğı Zərdab rayonunda da öz bəhrəsini verir”. www.zerdab.com saytının məlumatına görə, bu sözləri millət vəkilimiz Jalə Əliyeva SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, digər bölgələr kimi, Zərdab rayonu da inkişaf edir: “Rayonumuzda görülən işlər öz bəhrəsini verir. Müxtəlif istiqamətlərdə işlər görülür, layihələr həyata keçirilir. Hazırda su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Rayonumuz sosial – iqtisadi cəhətdən inkişaf edərək abadlaşıb və gözəlləşir. Heydər Əliyev Fondunun  “Yeniləşən Azərbaycan” yeni məktəb layihəsi ki, çərçivəsində Zərdab rayonunda 13 yeni məktəb tikilib. Onlarla məktəb, uşaq baxçaları təmir olunaraq, istifadəyə verilib”.

Jalə Əliyeva deyib ki, Zərdab rayonunda yüzlərlə yeni iş yerləri açılıb: “Rayonda aparılan abadlıq işlərində geniş şəkildə işçi qrupundan istifadə edilib. Bu abadlıq, quruculuq işləri, yeni iş yerlərinin açılması prosesi təbi ki, Zərdab rayonunda bundan sonrada davam etdiriləcək”.