Zərdabın Xanməmmədli kəndində mağaza yandı – foto

0
21

Zərdab rayonunun Xanməmmədli kəndində mağaza yanıb. Hadisə noyabrın 8-də qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Cavadov Cavad Mətləb oğluna məxsus mağazada güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə gecə saatlarında baş verdiyi üçün ev sahibi yanğından gec xəbər tutub. Sahəsi 80 kvadratmetr olan mağaza içərisindəki əşyalarla, mağazaya bitişik tövlənin bir hissəsi isə orada olan ot bağlamaları ilə birlikdə yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

www.zerdab.com