Zərdab sakini Bakıda oğurluq etdiyi üçün tutuldu

1
25

Noyabrın 7-də Bakının NZS qəsəbəsi Sovxoz küçəsində yaşayan Fazil Məmmədovun mənzilindən pəncərənin barmaqlıqlarını sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. www.zerdab.com saytının Bak Şəhər Baş Polis İdarəsinə istinadən yaydığı məlumata görə, oğurluğu törətmiş Zərdab rayon sakini Valeh Həsənov Xətai RPİ cinayət-axtarış şöbəsi və 37-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırmalar davam edir.

1 comment

  1. ala ele bildin zerdab polisinin elinden qacmaq hasatdir yas zerdab polis sobesi

Comments are closed.