Zərdab rayonunda daş dövrünə aid çəki daşları tapılıb – eksklüziv

2
36

Zərdab rayonunda şəxsi təsərrüfatların birindən daş dövrünə aid çəki daşları tapılıb. Hazırda həmin daşlar Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Bu barədə www.zerdab.com saytına eksklüziv açıqlamasında muzeyin direktoru Şahnaz Mustafayeva məlumat verib. Onun sözlərinə görə, hazırda muzeydə bir müddət əvvəl rayon ərazisindən tapılmış VII və IX əsrə aid saxsı parçaları da saxlanılır.
Muzeyin direktoru bildirib ki, mədəni əlaqələrin inkişaf etmədiyi bir dövrdə insanların müasir dillə desək, incəsənətə, mədəniyyətə olan maraqları bu saxsı parçalarında öz əksini tapır: “VII və IX əsrə aid olan həmin saxsı nümunələrinin üzərindəki rənglər bu gün də qalmaqdadır. Araşdırmalar göstərir ki, onların effektivliyini itirməməsinin səbəbi təbii rənglərdən istifadə olunmasıdır”.

www.zerdab.com

2 ŞƏRH

Comments are closed.