Həsən bəy Zərdabinin yubileyi qeyd ediləcək

0

Noyabrın 27-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına mədəniyyət sarayında görkəmli maarifpərvər ziyalı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Mədəniyyət sarayından www.zerdab.com saytına verilən məlumata görə, ziyalıların, elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə Həsən bəy Zərdabinin xalqının maarifləndirilməsi istiqamətində gördüyü işlərdən danışılacaq. Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.

Maraqlananlar üçün Əli Əmirov adına mədəniyyət sarayının əlaqə vasitələrini təqdim edirik:

Direktor: İkram Gülağa oğlu Əhmədov

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S. Orucov küç., 3
Tel.: 012 445-25-06