Dilarə Əliyevaya cavab: “Zərdabi nə vaxtdan Əlvəndli olub?”

5
38

Tanınmış aktrisa və teleaparıcı Dilarə Əliyevanın bu günlərdə www.zerdab.com saytında yayımlanan müsahibəsində işlətdiyi fikirlər birmənalı qarşılanmayıb. Məlumat üçün bildirək ki, Dilarə Əliyeva ondan müsahibə alan jurnalistin “Zərdab rayonunun Əlvənd kəndində özündən məşhur bir adam tanıyırsan?” sualına belə cavab vermişdi: “Mən Həsən bəy Zərdabinin o kənddən olması ilə fəxr edirəm. Ümumiyyətlə, özümü elə də böyük adam hiss etmirəm”. Dilarə Əliyevanın bu fikirləri “facebook” (feysbuk) sosial şəbəkəsindəki zerdab.com (Zərdab rayonu) adlı qrupda birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bu gün isə, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov www.zerdab.com saytına mövzu ilə bağlı fikirlərini ünvanlayıb. İsaməddin müəllimin fikirlərini təqdim edirik: “Biz zərdablılar Dilarə xanımın həmyerlimiz olmasından qürur duyuruq. Müsahibəni də maraqla oxudum və təşəkkür edirəm. Xahiş edirəm iradlarımdan inciməyin, səhv edirəmsə, düzəliş verin, mən buna şad olaram.

1. Həsən bəy Zərdabi nə vaxtdan Əlvəndli oldu axı?

2. Ünlü teatr, kino və televiziya sənətçisi Dilarə xanım bilmirmi ki, Azərbaycan teatrının təməlini qoyan 5 ən görkəmli aktyordan biri Məhəmməd bəy Məlikov Əlvəndidir. Müsəlman dram teatrı cəmiyyətinə birinci üzv yazılan HÜSEYN ƏRƏBLİNSKİ, GÖYÇAYLI ƏBÜLFƏT VƏLİ və MƏHƏMMƏD BƏY ƏLVƏNDİ olmuşdur. O, “Müfəttiş”də Osipi, H. Ərəblinski Dobçinskini, “Otello”da Yaqonu, “Ağaməhəmməd şah Qacar”da Murtuzaqulu xanı, “Nadir şah”da şah Təhması klassik səviyyədə oynamışdır. İlk Azərbaycan teatrında Əlvəndi hətta rejissorluq və qrimçilik də etmişdir.

Xalq artisti Hacıağa Abbasov yazırdı: “Əlvəndi sözün əsl mənasında səhnə dəlisi idi. Onun bu “dəliliyi” ağıllı zəhmətindən qidalanan qüvvətli istedadından doğurdu”…

Əlvənd torpağı Əlvənd Mirzə, Ağası xan kimi qəhrəman tarixi şəxsiyyət, hökmdarlar yetirmişdir. A.  A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır ki, “1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu”… Azərbaycanın tibb sahəsində yeganə akademiki Böyükkişi Ağayev Əlvənddə doğulmuşdur”…

5 ŞƏRH

  1. Allah razi olsun ay ISAMEDDIN MUELLIM, Allah sizin kimi savadlilari bizlere cox gormesin!!aminnnn!Nicat beye de xususi tesekkur.

  2. Isameddin muellime verdiyi melumatdan dolayi teshekkut edirem.Qisa metin vasitesiyle bize genish informasiya verdiniz.(muraciet Dilare xanima unvanlansada mende yararlanmish oldum) ALLAH c.c razi olsun!

  3. Elvend elebilki Zerdabin kendidi axi ne ferqi varki guya ayda curutcuyuke.bilmiyib bir soz iwledib osaat wiwirdizrsiz

  4. Zerdabida tanidan kendlerinden biride Elvenddide..taki esirlerden beri indiye kimi Elvendin sayilib secilen gorkemli wexsiyetleri alimleri var olubda..cox adam zerdabdan cox Elvendi taniyir..Zerdab oldu Elvend oldu ne ferqi?arawdirsaz berkede ele Elvendde dogulub ama rayonda yawayib

Comments are closed.